Twitter-də öz abunəçilərinin suallarına cavab verən zaman SpaceX və Tesla şirkətlərinin CEO-su Elon Musk Mars planetində ilk insan koloniyasının yaradılacağı təqribi zamanı qeyd edib. Bu məqsədin reallaşdırılması yolunda o, raket mühərriklərinin istehsalat tempini yüksəltməyi planlaşdırır. Həmin mühərriklər Mars planetinə yollanmaq üçün nəzərdə tutulmuş kosmik gəmilərdə istifadə olunacaqlar.
“İldə təqribi olaraq 800-1000 ədəd raket mühərriki. Bu cür sayda raket mühərriki Marsda avtonom şəhərin inşa edilməsində yardımçı olacaq kosmik donanmanın 10 ilə yaradılmasına kifayət edəcək. Marsda şəhərin inşasına isə 20 il vaxt lazım olacaq. Çox güman ki, 2050-ci ilə kimi çatdıracağıq” - deyə Musk qeyd edib.