Fransa hökuməti Google şirkətini 500 milyon avro dəyərində cərimələyib

[ 15 İyul, 2021  09:20 ]

Fransa hökumətinin antimonopoliya orqanı Google şirkətini 500 milyon avro dəyərində cərimələyib. Belə ki, antimonopoliya orqanı aşkar edib ki, Google şirkəti kütləvi informasiya vasitələrinin istifadə etdikləri başlıqları özünün Google News platformasında istifadə edir, lakin buna görə həmin kütləvi informasiya vasitələrinə pul ödəmir. Əgər şirkət kütləvi informasiya vasitələrinə ödəniş planını təqdim etməsə, ona hər gün ərzində əlavə 900.000 avro cərimə yazılacaq.

Qeyd etmək lazımdır ki, Fransanın antimonopoliya orqanı hələ 2020-ci ildə qanun tərtib etmişdi ki, Google şirkəti kontentlərin istifadəsi məsələsində saytlar ilə müqavilə bağlamalıdır. Lakin görünür, şirkət bu qanunu görməzdən gəlib. Nəticədə Fransanın Agence France-PresseLe Figaro və s. kimi saytları şikayətçi olublar. Bununla yanaşı Google şirkəti 2 ay ərzində kütləvi informasiya vasitələrinə ödənişi hansı sistem üzrə edəcəyinə dair planı təqdim etməlidir. Əks halda şirkət hər gün üçün əlavə 900.000 avro cərimə əldə edəcək. 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >