Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib

[ 12 İyul, 2021  09:37 ]

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi. Statistikaya əsasən aktiv Android cihazların 1%-i məhz Android Jelly Bean vasitəsilə çalışır. 2012-ci ildə Android Jelly Bean təqdim olunan zaman Google şirkəti onun interfeys dizaynını tamamilə dəyişmişdi.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >