Amazon şirkəti öz işçilərinin işdən azad etmə prosesini alqoritmlərə həvalə edib

[ 01 İyul, 2021  09:16 ]

Amazon şirkəti təkcə anbarlarındakı işçilərin deyil həmçinin öz əməkdaşların və hətta çatdırılma prosesini reallaşdıran partnyorların idarəsində də alqoritmlərdən istifadə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkətin strategiyası ilə yaxından tanış olan mənbələrin verdikləri məlumata əsasən Amazon-un CEO-su Jeff Bezos alqoritmlərin insanlardan daha tez və dəqiq qərar verdiklərinə inanır. Bu isə öz növbəsində xərcləri azaldır və rəqabətdə üstünlüklər verir. Amazon 2015-ci ildə Amazon Flex proqramını işə salmışdı.

Bu proqram çərçivəsində şirkət avtomobil sahiblərinə çatdırılma xidmətinə görə hər saat üçün 25$  ödəyir. Lakin sürücülər sözügedən proqram üçün qeydiyyatdan keçdikdən sonra onların aktivliklərini xüsusi alqoritmlər izləyirlər. Həmin alqoritmlər sürücünün bağlamanı vaxtında çatdırıb-çatdırmağını, bağlamanı birbaşa sahibinə verdiyini və ya qapının ağzında qoyduğunu analiz edirlər. Alqoritmlər bütün bu faktorlar əsasında əldə olunmuş məlumatları analiz edərək hansı sürücülərin daha çox sifariş qəbul edəcəklərini, hansı sürücülərin isə işdən azad ediləcəklərini təyin edirlər.

Şirkətin keçmiş menecerlərinin sözlərinə əsasən bu sistem sürücülərin real iş şərtlərinə adaptasiya ola bilməyib. Onların bildiriblər ki, şirkət öz alqoritmlərinin səhvlər buraxdıqlarından xəbərdardır. Lakin şirkət üçün ən asan yol məhz həmin alqoritmlərə güvənməkdir. Belə ki, səhv nəticəsində baş vermiş qovulmanın araşdırılması əlavə xərclər tələb edir. Bununla yanaşı sürücüləri əvəzləmək elə də çətin deyil. Məsələn sürücülərdən birinin sözlərinə əsasən Amazon ona yaşayış kompleksləri üçün nəzərdə tutulmuş bir sıra bağlama çatdırılmasını həvalə etmişdi. Lakin həmin yaşayış komplekslərinin qapıları bağlı halda olublar. Amazon Flex proqramında çalışan sürücülərin əksəriyyəti bu problemdən şikayətçi olur.
Digər bir halda isə sürücü bağlamanı xətalı postamata (kiçik bağlamaların göndərilməsi və qəbulu üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış poçt stansiyası) yerləşdirə bilmədiyi üçün şirkətin dəstək xidməti həmin bağlamanı geri qaytarmaq təlimatını vermişdi. Lakin sürücünün iş prosesinin analizini aparmış alqoritm bu vəziyyəti qayda pozuntusu kimi qeydə almışdı və sürücünün reytinqini aşağı salmışdı. Bir neçə həftədən sonra isə sürücü xüsusi məktub əldə etmişdi və həmin məktubda qeyd edilmişdi ki, onun reytinqi lazımi səviyyədən aşağı düşüb və bu səbəblə onun çatdırılma proqramında çalışması imkanı ləğv edilib.
AppAnnie adlı analitik şirkətin məlumatına əsasən bütün dünyada 4 milyona yaxın sürücü Amazon Flex tətbiqini yükləyib. Təkcə ABŞ-da sözügedən tətbiqi 2.9 milyon sürücü yükləyib. Amazon şirkətinin mətbuat katibi pis rəftar və haqsız yerə qovulma hallarını gülünc adlandırıb. Belə ki, bu faktorlar əksər Amazon Flex sürücüsünün təcrübəsini əks etdirmir. Flex tətbiqi ilə yaxından tanış olan Amazon işçiləri arasında aparılmış sorğuya əsasən sürücülərin 95%-i çatdırılma prosesini vaxtı-vaxtında yerinə yetirir. Yerdə qalan yalnız 5% bu məsələdə problemlə qarşılaşır. İşçilər şikayət edirlər ki, sistem GPS vasitəsilə çatdırılma vaxtını hesablasa da, hava şəraiti və digər faktorları nəzərə almır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >