Avropa Birliyi regionundakı ictimai yerlərdə üz skanı sistemləri tamamilə qadağan ediləcək

[ 30 İyun, 2021  11:08 ]

Məlumatların Qorunması üzrə Avropa İnspektoru (EDPS) və Məlumatların Qorunması üzrə Avropa Şurası (EDPBsüni zəka əsaslı biometrik sistemlər barəsində birgə hesabatı təqdim ediblər. Sözügedən nizamlayıcı orqanlar istənilən ictimai yerdə (özəl mağazalardan tutmuş futbol stadionlarına kimi) insanların avtomatik üz skanı sistemlərinin tamamilə qadağan edilməsinin tərəfdarıdırlar. EDPS və EDPB təmsilçilərinin fikirlərinə əsasən biometrik identifikasiya sistemləri son dərəcə yüksək risklər yaradırlar.

Buna görə də bu cür sistemlər nə dövlət nə də özəl sektorda istifadə edilə bilməzlər. Bu barədə Techcrunch saytı xəbər verib. “İctimai yerlərdə biometrik identifikasiya sistemlərinin istifadəyə verilməsi həmin yerlərdə anonimliyin yoxa çıxması deməkdir. Real zaman ərzində üzlərin təyin edilməsi üçün istifadə olunan tətbiqlər təməl hüquqları və azadlığı elə dərəcədə pozurlar ki, nəticədə həmin hüquqular ilə azadlığın mahiyyəti şübhə altına düşür” - deyə EDPS və EDPB təmsilçiləri bildiriblər.

Bununla yanaşı EDPS Avropa Komissiyası üçün qanunvericilik tövsiyyələrinin təqdim edilməsi ilə də məşğul olur. Bu ilin aprel ayında hər iki qurum biometrik identifikasiya texnologiyalarının Avropa Birliyi daxilində məhdudlaşdırılmasını tələb edirdi. İndi isə qurumlar öz qərarlarına yenidən nəzər yetiriblər. Əgər əvvəllər EDPB və EDPS bu cür sistemlərin ciddi şəkildə nəzarətdə saxlanılmasını tələb edirdilərsə, indi onların fikirlərinə əsasən bu cür texnologiyalar istənilən ictimai yerlərdə heç bir qeyd-şərt olmadan tamamilə qadağan edilməlidirlər. Nizamlayıcı orqanların fikirlərinə əsasən biometrik identifikasiya sistemlərindən ola biləcək potensial zərərlərin qarşısını almaq üçün qanunverici və hüquq-mühafizə orqanları xüsusi infrastruktur yaratmalıdırlar. Bəzi hallarda bu mümkün olmaya bilər.

Nizamlayıcı orqanlar düşünürlər ki, təsvir edilmiş texnologiyalar ilə bağlı artıq qəbul edilmiş qanun layihələri aydınlaşdırılmalıdır. Hal hazırda qanun sistemi süni zəka tərəfindən ola biləcək imkanları və təhlükələri tam həcmdə təsvir edə bilmir. Biometrik identifikasiya texnologiyalarının qadağası ilə yanaşı nizamlayıcı orqanlar həmçnin insanları etnik mənşəyə, cinsə, siyasi və seksual orientasiya və s. kimi göstəricilər əsasında qruplara ayıran texnologiyaların da qadağan olunmasını tələb edirlər. Bundan əlavə olaraq bu qanun layihəsi Çində və digər Asiya ölkələrində artıq tətbiq olunan sosial reytinq sistemlərinin analoqlarından imtina edilməsini də hədəfləyib. Üzlərin skan texnologiyaları əsasında hazırlanmış ikinci dərəcəli məhsullar da məhdudlaşdırılmalıdır.

Söhbət, əsasən insanın fiziki və emosional vəziyyətini analiz edən texnologiyalardan gedir. Bu cür süni zəka əsaslı texnologiyalar bəzi istisna halları çıxmaq şərtilə tamamilə qadağan edilməlidir. Məsələn əgər xəstəxanada pasient bu cür texnologiyanın istifadəsinə razı olarsa, həkimlər ondan tibbi məqsədlər üçün istifadə edə bilərlər. EDPB və EDPS həmçinin ictimai yerlərdə istifadə olunmayan süni zəka əsaslı sistemlər üzərində nəzarətin təmin olunmasını da istəyir. Nizamlayıcı orqanların təmsilçiləri bildiriblər ki, Süni Zəka üzrə Avropa Şurası (EAIB) biometrik sistemləri idarə edə bilməz. Belə ki, Avropa Şurasının özü Avropa ərazisində müəyyən siyasi rola sahibdir. EDPB və EDPS bu cür sistemlər üzərində nəzarətin avtonom dövlət orqanına ötürülməsini təklif edir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >