Elon Musk bir tweet ilə yeni kriptovalyutanın yaradılmasına səbəb olub

[ 28 İyun, 2021  09:05 ]

Elon Musk öz Twitter hesabında yeni iti barəsində məlumat verib. İlk baxışdan adi hesab edilən bu tweet kriptovalyuta bazarında ardıcıl hadisələrin baş verməsinə səbəb olub. Belə ki, Musk-ın yeni tweet-i mövcud olan kriptovalyutanın qiymətini qaldırıb və tamamilə yeni kriptovalyutanın yaranmasına səbəb olub. Öz yeni tweet-də Musk, şiba-inu cinsinə aid olan itinə uyğun adı seçdiyini qeyd edib. Belə ki, Musk öz itinin adını Floki qoymağa qərar verib. Sözügedən tweet sayəsində Shiba Inu adlı kriptovalyutanın dəyəri 26% yüksəlib. 9 dəqiqədən sonra isə Uniswap adlı kriptovalyuta birjasında Elon Musk-ın itinin adı şərəfinə Floki adlı yeni token yaradılıb.

1 saat ərzində bu tokenin dəyəri 795% yüksəlib və daha sonra dəyər yüksəlişi 3500% təşkil edib. Sözügedən kriptovalyutanın hal hazırki qiymətini bu linkdən izləmək olar. 2000-ə yaxın insan bu tokenin mayninqi ilə məşğuldur. Qeyd etmək lazımdır ki, bu, Elon Musk-ın bir tweet ilə kriptovalyuta bazarına təsir göstərməsi üzrə ilk hal deyil. Daha öncə Musk dəfələrlə öz tweet-ləri sayəsində Doge adlı kriptovalyutanın dəyərini qaldırıb. Hətta bir neçə müddət bundan öncə məşhur Anonymous hacker qruplaşması bundan narazı olaraq Musk-a müharibə də elan etmişdi. Belə ki, hackerlər məşhur milyarderin tez-tez kriptovalyuta bazarına təsir göstərməsindən narazıdırlar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >