Tesla şirkəti dünyanın 5-ci ən güclü superkompüterini yaradıb

[ 23 İyun, 2021  10:39 ]

Tesla şirkəti öz superkompüterini yaradıb. Şirkətin sözlərinə əsasən onun superkompüteri dünyanın 5-ci ən güclü superkompüteridir. Yaradılmış superkompüterin əsas məqsədi isə avtopilot sisteminin təkmilləşdirilməsi üçün neyron şəbəkələrinin təlimatlandırmaqdır. Bu superkompüter Tesla Dojo adlı layihənin bir hissəsinə çevrilib. Sözügedən layihənin bu ilin sonuna kimi yekunlaşdırılması gözlənilir. Tesla artıq son bir neçə ildir ki, Dojo layihəsi üzərində çalışır. Bu layihə çərçivəsində şirkət daha zəif texniki özəlliklərə sahib 2 ədəd superkompüter modeli yaradıb.

Yaradılmış yeni superkompüterin hesablama klasterinin tərkibinə 720 düyün daxildir və hər bir düyün 8 ədəd qrafik proessordan ibarətdir. Bu isə ümumilikdə 5760 ədəd qrafik prosessor edir. Superkompüterin hesablama gücü 1.8 ekzaflops təşkil edir. Onun NVMe yaddaşlarının ümumi həcmi isə 10 PB (petabayt) təşkil edir. Sözügedən NVMe yaddaşların pik oxuma sürətləri saniyədə 1.6 TB-dır (terabayt). Bundan əlavə olaraq məlum olub ki, Elon Musk Tesla superkompüterindən digər şirkətlərin istifadəsini də mümkün etməyi planlaşdırır. Bu halda həmin şirkətlər Tesla superkompüteri vasitəsilə özlərinin neyron şəbəkələrini təlimatlandıra biləcəklər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >