Xiaomi şirkəti özünün film studiyasını yaradıb

[ 22 İyun, 2021  09:31 ]

Xiaomi şirkəti öz məhsullarının geniş müxtəlifliyi ilə məşhurdur. Onun məhsulları arasında smartfonlar, planşetlər, məişət texnikası və ev üçün lazım olan digər kiçik əşyalar mövcuddur. İndi isə məlum olub ki, şirkət özünün film studiyasını yaradıb. Şirkətin rəsmi açıqlamasında qeyd olunub ki, yaradılmış film studiyası Xiaomi Studios adını daşıyır. Sözügedən studiya hətta Çinin Weibo adlı sosial şəbəkəsində fərdi səhifəyə də sahibdir. Xiaomi Studios adlı film studiyasının faliyyət özəllikləri barəsində məlumat verilməyib. Lakin şirkət Creator adlı proqramı istifadəyə verdiyini elan edib.

Görünür, bu proqram smartfon kameralarının bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Başqa sözlə desək, istifadəçilər öz smartfonları vasitəsilə qısametrajlı və ya tammetrajlı videolar çəkəcəklər və daha sonra Xiaomi çəkilmiş videolar arasından ən yaxşılarını seçərək onların irəli çəkilməsində yardımçı olacaq. Açıq aşkar görünür ki, bu üsul ilə Xiaomi Apple şirkətinin yolu ilə gedir. Belə ki, Apple da qısametrajlı videoların çəkilməsində iPhone-lardan istifadə edir. İnternetdə “Shot on iPhone” tag-i ilə çoxlu sayda video tapmaq olar. Onların arasında hətta Lady Gaga-nın klipi və “3 Minutes” adlı qısametrajlı film də var.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >