Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqlayıb

[ 10 İyun, 2021  09:30 ]

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi KuoApple şirkətinin öz artırılmış reallıq cihazını nə zaman təqdim etməyi planlaşdırdığı barəsində məlumat verib. Analitikin sözlərinə əsasən əgər hər şey plan üzrə getsə şirkət artırılmış reallıq cihazının təqdimat tədbirini aprel, may və ya iyun ayında keçirdəcək. Apple şirkətinin artırılmış reallıq cihazı üçün komponentlərin istehsalı ilə Tayvanın Genius Electronic Optical (GEO) şirkəti məşğul olacaq. Bununla yanaşı bu şirkət həmçinin bu il təqdim olunacaq iPhone 13 üçün də komponent istehsalı ilə məşğuldur. Gözləntilərə əsasən Apple şirkətinin artırılmış reallıq cihazı Sony Micro-OLED ekranlar ilə təchiz olunacaq.

Həmin ekranlar iki çalışma rejimini əldə edəcəklər. Onlardan biri AR üçün nəzərdə tutulmuş şəffaf rejim, digəri isə VR üçün nəzərdə tutulmuş qeyri şəffaf rejim olacaq. Ümumilikdə cihaz 15 kameraya sahib olacaq. Bununla yanaşı cihaz Apple şirkətinin servislərini dəstəkləyəcək. Bu isə o deməkdir ki, şirkətin ilk AR cihazı Apple ekosisteminə sıx inteqrasiya olunacaq. Məlumatda qeyd edilib ki, Apple şirkətinin təqdim edəcəyi bu cihazın qiyməti 1000$ civarında olacaq. Onun çəkisi təqribi olaraq 200-300 qramm təşkil edəcək. Cihazdan istifadə etmək üçün isə stolüstü kompüter və ya noutbuk lazım olacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >