Çinin 'Süni Günəş'i yeni dünya rekorduna imza atıb

[ 03 İyun, 2021  09:34 ]

“Süni Günəş” son təcrübəsində 101 saniyə ərzində 120 milyon dərəcə selsi istiliyə çataraq yeni rekorda imza atıb.

Çin Elmlər Akademiyasının (ASIPP) Hefeidəki Plazma Fizikası İnstitutunda yerləşən Tokamak cihazı Günəş və ulduzlar üçün təbii bir şey olan nüvə birləşmə prosesini çoxaltmaq üçün hazırlanmışdır. Təcrübə nüvə sintezi ilə sonsuz enerji təmin etmək üçün aparılır. “Süni Günəş”in bundan öncəki rekordu isə 100 saniyə ərzində 100 milyon dərəcə selsi plazma istiliyi olmuşdur.

Şenjendəki Cənubi Elm və Texnologiya Universitetinin fizika şöbəsinin müdiri Li Miao, Çinli alimlərin son təcrübəsinin istiliyin uzun müddət sabit səviyyədə saxlanılması istiqamətində mühüm bir mərhələ olduğunu söyləyib. Li “Global Times”a verdiyi açıqlamasında “İnkişaf əhəmiyyətli bir irəliləyişdir və son məqsəd istiliyi uzun müddət sabit səviyyədə tutmaqdır”, – deyib.

Alimlərin dediyinə görə Çinin yaratdığı “Süni Günəş” 2035-ci ildə işə başladığı zaman dünyanın ən böyük nüvə sintezi reaktoru olacaqdır. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ birlikdə bu layihə üzərində işləyirlər. Nüvə birləşməsindən istifadə etmək üçün 100 milyon dərəcə selsidən yüksək bir plazma istiliyinə nail olmaq əsas problemlərdən biridir. 2020-ci ildə Koreyanın KSTAR reaktoru 20 saniyə ərzində 100 milyon dərəcə selsidən çox plazma saxlayaraq bir rekorda imza atmışdı. Günəşin nüvəsindəki temperaturun 15 milyon dərəcə selsi olduğuna inanılır. Bu isə “Süni Günəş”in isindiyi temperaturdan  təxminən yeddi dəfə kiçikdir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >