Google şirkəti Android istifadəçilərinin geolokasiya məlumatlarını bilərəkdən yığırmış

[ 01 İyun, 2021  09:56 ]

Konfidensiallıq siyasətinin pozulması Google şirkəti ilə Arizona ştatı arasındakı məhkəmə prosesindən məlum olub. Məlum olub ki, Android cihazlarının istifadəçiləri yerləşdikləri yerlər barəsindəki konfidensiallığı heç də həmişə qorumaq imkanına sahib olmurlar. Belə ki, bu cür imkanı yaradan funksiya Google tərəfindən bilərəkdən Android-in dərinliklərində gizlədilir. Bu barədə Business Insider saytı xəbər verib. Məlumata əsasən Google şirkəti konfidensiallıq ayarları menyusunu elə dərəcədə qəlizləşdirib ki, geolokasiya məlumatlarının ötürülməsinin tamamilə deaktiv edilməsi prosesi hətta təcrübəli istifadəçilər üçün də problemli olsun.

Bununla yanaşı məlumatda qeyd olunub ki, Google LG də daxil olmaqla digər partnyorlarına təzyiq göstərib ki, onlar da öz cihazlarındakı fərdi istifadəçi interfeyslərində bu cür özəlliyi reallaşdırsınlar. Jurnalistlər qeyd ediblər ki, Google sözügedən funksiyanı təkcə adi istifadəçilərdən yox, həmçinin öz əməkdaşlarından da gizlədirmiş. Təqdim olunmuş sənədlərdə qeyd olunub ki, Google şirkətinin geolokasiya məlumatlarının təyini xidmətlərindən cavabdeh olan Jen Chai adlı baş meneceri şirkətin qəliz olan konfidensiallıq ayarları şəbəkəsinin bir-biri ilə necə qarşılıqlı əlaqədə olmasını bilmirdi. Hesabatda həmçinin bildirilib ki, bu məsələdən agah olan mühəndislər şirkət rəhbərləri ilə bunu müzakirə edərək istifadəçilərin konfidensiallıqlarını qorumağa çalışıblar.

Google Maps servisinin keçmiş vitse-prezidenti Jack Menzel ifadə verən zaman bildirib ki, istifadəçi üçün yeganə çıxış yolu öz fərdi məlumatlarını qeyd etməməkdir. Yəni istifadəçi Google şirkətinə öz yaşadığı və çalışdığı yer barəsində saxta məlumatları verməlidir. Google şirkətinin bəzi əməkdaşları güman edirlər ki, Apple şirkət bu məsələdə iOS istifadəçilərinə daha çox imkanlar verir. Beləliklə iOS istifadəçiləri öz konfidensial məlumatlarını şirkət ilə bölüşmədən geolokasiyanın təyin olunması əsasında çalışan tətbiq və servislərdən istifadə edə bilirlər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >