İtaliya hökuməti Google şirkətini 102 milyon avro dəyərində cərimələyib

[ 18 May, 2021  09:11 ]

İtaliyanın antimonopoliya orqanının fikrincə Google şirkəti bazardakı üstünlüklərindən sui-istifadə edir və rəqabəti aşağı salır. Belə ki, şirkət öz servislərini irəli çəkmək üçün sahib olduğu üstünlüklərdən istifadə edir. Söhbət əsasən ondan gedir ki, Android əməliyyat sistemi və Google Play platforması vasitəsilə Google bazarda dominant mövqeyini əldə edib və Android tərtibatçıların istehlakçılara çıxışlarını idarə edir. İtaliyanın antimonopoliya orqanı bu cür qənaətə gələrək şirkəti 102 milyon avro dəyərində cərimələyib. Bu cür qərarın qəbul edilməsində əsas səbəb isə Google şirkətinin Enel X adlı şirkət ilə antirəqabət mübarizəsi olub.

Belə ki, sözügedən şirkətin JuicePass adlı tətbiqinə 2 il ərzində Android Avto platformasına çıxışı bloklanmış vəziyyətdə olub. Nəticədə şirkət öz istifadəçi kütləsinin müəyyən hissəsini itirib, yerdə qalanlar isə faydalı tətbiqdən istifadə etmək imkanından məhrum olublar. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq real zaman ərzində elektromobillər üçün boş olan şarj stansiyalarının axtarılmasında istifadə olunur. Tətbiqin Android Avto üçün olan versiyası isə ona görə lazım idi ki, səyahət zamanı sürücü öz fikrini smartfona yönəltməsin.

Nəticədə bu tətbiqin Android Avto üçün çıxışını reallaşdırmaq əvəzinə Google özünün Maps servisində eyni funksiyanı reallaşdırıb və aktiv şəkildə bazarda onu irəli çəkib. Faktiki olaraq Google öz istifadəçilərini seçim etməkdən məhrum edib və rəqibi aradan qaldırıb. Buna görə də Google şirkəti cəzalandırılacaq. İlk növbədə antimonopoliya orqanı ədalətin bərpa olmasını istəyir və Enel X də daxil olmaqla digər kənar təmsilçilərin Android Avto platformasına çıxışlarının təmin olunmasını tələb edir. Bundan əlavə olaraq şirkət 102 milyon avro dəyərində cərimə ödəməli olacaq. Lakin Google ilk növbədə apelyasiya məhkəməsinə də müraciət edə bilər. Hal hazırda şirkət bu məsələ ilə bağlı vəziyyəti araşdırmaqla məşğuldur və daha sonra öz yekun qərarını verəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >