Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

[ 17 May, 2021  09:56 ]

Mars planetinin orbitində bir neçə ay qaldıqdan sonra Çinin Tianwen-1 adlı kosmik gəmisi uğurlu şəkildə planetin səthinə eniş edə bilib. Təəssüflər olsun ki, Çinin Kosmik Agentliyi eniş prosesini əks etdirən foto və ya videonu hələ təqdim etməyib. Kosmik aparat 1976-cı ildə NASA-nın Viking-2 eniş modulunun endiyi əraziyə yaxın məsafədə eniş edib. Məlum olan odur ki, enişdən sonra Tianwen-1 eniş modulu açılacaq və Zhurong adlı 6 təkərli aparat işə düşəcək. Zhurong adlı sözügedən aparat günəş panelləri, kameralar, çoxlu sayda ötürücü və sensor ilə təchiz olunub. Bütün bunlar ona Marsın iqlimi ilə geoloji özəlliklərini incələməkdə yardımçı olacaqlar. Beləliklə Çinin Kosmik Agentliyi (CNSA) NASA-dan sonra Mars səthinə uğurla aparat enişini reallaşdırmış ikinci kosmik agentlik oldu

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >