Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırmaq mümkün olub

[ 04 May, 2021  09:04 ]

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalışması mümkün olub. Yaradılmış neyrointerfeys öz növbəsində ekzoskeletə qoşulub və bununla da ekzoskeletin idarəsini fikir gücü ilə reallaşdırmaq mümkün olub. Yaradılmış neyrointerfeysin test olunmasında sol baldırı ilə pəncəsini itirmiş 57 yaşlı pasient iştirak edib. Test çərçivəsində xüsusi protez həmin pasientin ikibaşlı baldır əzələsinə birləşdirilib. Qeyd etmək lazımdır ki, həmin əzələ ayaq biləyinin oynağının hərəkətindən cavabdehdir. Nəticədə məşqlər və fiziki terapiyalar vasitəsilə 57 yaşlı pasient protezin idarəsini tamamilə öyrənə bilib.

İdarəetmə prosesi bioelektrik siqnallar əsasında reallaşdırılıb. Mexaniki protezlərdən fərqli olaraq neyrointerfeys vasitəsilə idarə olunan protezin hərəkət diapazonu ilə imkanları daha geniş olub. “Avtonom rejimdə idarə olunan ekzoskelet gəzinti zamanı həqiqətən də yaxşı çalışır. Lakin tennis oyunu və ya rəqs kimi daha qəliz proseslərdən söhbət gedəndə ən yaxşı variant neyron idarəsidir” - deyə alimlərdən biri qeyd edib. Bir neçə müddətdən sonra 57 yaşlı pasient sərbəst şəkildə otura və qalxa bilib. Bundan əlavə olaraq o, yerdən müxtəlif əşyaları götürməklə onu göstərir ki, ekzoskeletin yeni idarə üsulu adi ekzoskeletlər ilə müqayisədə daha mobildir və daha yaxşı idarə sistemini sərgiləyir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >