Xiaomi fərdi mobil prosessor istehsalı üçün Samsung ilə birləşib

[ 29 Aprel, 2021  09:55 ]

Artıq sirr deyil ki, Xiaomi şirkəti fərdi prosessor istehsal etmək arzusundadır. Bu məsələdə şirkətin ilk addımı hələ 2017-ci ildə atılmışdı. Lakin həmin vaxtdan Xiaomi-nin fərdi prosessoru barəsində məlumat ortaya çıxmamışdı. Məlum olub ki, Xiaomi bu planından imtina etməyib və yavaş-yavaş ona doğru irəliləyir. Bir sıra mənbənin verdiyi məlumata əsasən fərdi prosessor istehsalı məsələsində Xiaomi şirkəti Samsung-dan kömək istəyib. Belə ki, Samsung prosessor istehsalı sahəsində müəyyən nailiyyətlər və təcrübə əldə etmiş bir şirkətdir.

Məlumatda qeyd edilib ki, hər iki şirkət bu mövzu ətrafında artıq 5 dəfə görüşüb. Görüşlər əsasən yüksək performanslı yeni nəsil Cortex-X2 nüvələri əsasında prosessorun yaradılmasına həsr olunublar. Gözləntilərə əsasən ARM şirkəti özünün yeni nəsil Cortex-X2 nüvəsini artıq bu il təqdim edəcək və o, Cortex-X1-in təkmilləşdirilmiş versiyası olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi şirkəti həmçinin Mali qrafik çiplərinin potensiallarına da böyük ümid bəsləyir və onları öz prosessorlarına inteqrasiya etməyi planlaşdırır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >