Apple şirkəti M2 ARM prosessorunun istehsalına start verib

[ 28 Aprel, 2021  10:22 ]

Tayvanın Nikkei Asia saytının mənbələrinin verdikləri məlumata əsasən Apple şirkəti bu ay özünün yeni ARM prosessorunun irimiqyaslı istehsalına start verib. Bu barədə Macrumors saytı xəbər verib. Söhbət, Apple M2 ARM prosessorundan gedir və o, hələ keçən il təqdim olunmuş M1 prosessorunun davamçısı olacaq. Qeyd etmək lazımdır ki, Apple şirkətinin M1 prosessoru artıq MacBook AirMacBook ProMac mini, iMac və iPad Pro kimi məhsullarda istifadə edilir.

Məlumatda qeyd edilib ki, Apple M2 prosessoru 3 ay ərzində Tayvanın TSMC şirkətinin zavodlarında istehsal olunacaq. Əgər hər şey yolunda getsə, yeni prosessorların ilk partiyası yay fəslinin ortasında təhvil veriləcək. Məlumata əsasən M2 prosessorunu ilk olaraq 14 düym və 16 düym ekranlara sahib MacBook Pro modelləri əldə edəcəklər. Həmin noutbuklar bu ilin ikinci yarısında təqdim olunmalıdırlar. Bununla yanaşı 27 düym ekrana sahib iMac modelinin də Apple M2 ilə təchiz olunacağı gözlənilir. Həmin iMac modelinin isə nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >