NASA-nın New Horizons kosmik aparatı Günəşdən artıq 7.5 milyard km məsafədə uzaqlaşıb

[ 22 Aprel, 2021  10:19 ]

NASA agentliyi kosmosun incələnməsi sahəsində əldə olunmuş nadir nailiyyətlərdən birini elan edib. Belə ki, əsas məqsədi Plutonun incələnməsi olmuş New Horizons kosmik aparatı artıq Günəşdən 50 astronomik vahid məsafəsində uzaqlaşıb. Qeyd etmək lazımdır ki, 1 astronomik vahid Yer kürəsindən Günəşə qədər olan məsafəyə bərabərdir. Yer kürəsindən Günəşə qədər olan məsafə isə 149.597.870.700 km təşkil edir. Beləliklə nəticə etibarilə New Horizons kosmik aparatı Günəşdən 7.5 milyard km məsafədə uzaqlaşıb. New Horizons bu cür nailiyyəti əldə etmiş 5-ci kosmik aparatdır. Günəşdən daha uzaq məsafədə yerləşən planetlərarası kosmik aparatlar isə Pioner-10Pioner-11Voyager-1 və Voyager-2-dir

Bu cür hadisəni qeyd etmək üçün New Horizons bir neçə müddət bundan öncə Koyper qurşağında Voyager-1 aparatının yerləşdiyi yerin fotosunu çəkmişdi. Təbii ki, çəkilmiş fotoda Voyager-1-i aydın şəkildə görmək mümkün deyil. Lakin NASA radiometrik müşahidə vasitəsilə onun məhz orda yerləşdiyini dəqiq bilir. Qeyd etmək lazımdır ki, çəkiliş zamanı Voyager-1 aparatı New Horizons-dan 18 milyard km uzaqlıqda olub. Voyager-1 Günəşdən 152 astronomik vahid məsafəsində yerləşir. Bu isə təqribi olaraq 22.9 milyard km-dir. 19 yanvar 2006-cı ildə kosmosa göndərilmiş New Horizons dəfələrlə öz adını tarixə yazmağı bacarıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >