Hackerlər Apple-a aid sənədlərə görə şirkətdən 50 milyon dollar tələb edirlər

[ 21 Aprel, 2021  10:18 ]

Apple şirkətinin dünənki təqdimat tədbiri zamanı rus hackerlərdən ibarət REvil adlı qruplaşma şirkətin əsas tərəfdaş istehsalçılarından brinin serverlərinə kiberhücum reallaşdırıb. Söhbət, Tayvanın Quanta Computer şirkətindən gedir. Qeyd etmək lazımdır ki, bu şirkət Apple, DellHP və Google kimi nəhənglər üçün kompüter istehsalı ilə məşğul olur. Hackerlərin verdikləri məlumata əsasən onlar Quanta Computer-in serverlərinə daxil olub ordan hələ təqdim olunmamış yeni MacBook modelinin çertyojlarını oğurlayıblar. Həmin çertyojlarda isə təqdim olunmamış MacBook modelinin texniki özəllikləri barəsində məlumatlar əks olunublar. Məlumata əsasən cihaz barəsində sənədlər keçən ay yaradılıb.

Yəni dəqiq şəkildə demək olar ki, söhbət yeni noutbuk modelindən gedir. Apple şirkətinin dünənki təqdimat tədbirinin bitməsinə yaxın hackerlər 15 sxem fotosu paylaşmışdılar. İndi isə onlar Apple-dan 50 milyon dollar tələb edirlər. Əgər şirkət 1 may tarixinə kimi bu vəsaiti ödəməsə, REvil qruplaşması yeni noutbukun çertyoj fotolarını təqdim etməyə davam edəcək. Hackerlər həmçinin qeyd ediblər ki, onlar xüsusi olaraq dünənki təqdimatı gözləyiblər. Belə ki, onlar tədbirdə yeni MacBook modelinin təqdim olunub-olunmayacağına əmin olmaq istəyiblər. Quanta Computer şirkəti baş vermiş kiberhücum hadisəsini rəsmi şəkildə təsdiqləyib və qeyd edib ki, hal hazırda bu məsələ üzrə hüquq-mühafizə orqanları ilə çalışır. Apple isə bu məsələyə hələ heç bir fikir bildirməyib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >