NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib

[ 15 Aprel, 2021  09:36 ]

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy ağır raketi vasitəsilə göndəriləcək. Onunla birlikdə həmçinin Aya Astrobotics şirkətinin hazırladığı Griffin adlı eniş modulu da göndəriləcək. Qeyd etmək lazımdır ki, NASA-nın yeni Ay aparatı peykin cənub qütbündə suyun və buzun axtarılması üçün nəzərdə tutulub. Aparat Aya 2023-ü ildə göndəriləcək. Sözügedən missiya Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılmasında aparıcı rol oynayacaq. Bundan əlavə olaraq bu missiya Falcon Heavy raketinin nəyə qadir olduğunu da sərgiləyəcək.

Keçən il NASA agentliyi Astrobotics şirkətinə 200 milyon dollara Ayın cənub qütbünə VIPER adlı (Volatiles Investigating Polar Exploration Rover) tədqiqat aparatının göndərilməsini tapşırmışdı. Sözügedən aparat suyun və buzun axtarılması üçün nəzərdə tutulmuş komponentlərə sahibdir. Sözügedən resurslar isə Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılması üçün çox əhəmiyyətlidirlər. Aparatın AY səthinə enişindən sonra onun xidmət dövrü 100 gün olacaq.

Razılaşmaya əsasən VIPER aparatı Griffin adlı eniş modulnun daxilinə yerləşdiriləcək. Həmin eniş modulunun testləri bu il üçün planlaşdırılır. Eniş modulunun Aya çatdırılması məsələsində isə şirkət Falcon Hevy raketini seçib. Qeyd etmək lazımdır ki, ağır raketlər sinifinə daxil olan Falcon Heavy 2019-cu ildə iki missiya yerinə yetirmişdi. Lakin NASA-nın Ay missiyası çərçivəsində Falcon Heavy ilk dəfə olaraq Yer kürəsinin orbitindən daha uzağa uçacaq. Müqavilənin şərtləri barəsində məlumat olmasa da SpaceX-in rəsmi saytında olan məlumata əsasən Falcon Heavy-nin uçuş qiyməti 90 milyon dollar təşkil edir. Qeyd etmək lazımdır ki, dövlət tərəfindən təşkil edilmiş bəzi kosmik missiyalar daha baha qiymətə reallaşdırılıblar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >