Dünyanın bir çox şəhəri ponçik iqtisadiyyatı modelinə keçid edir

[ 07 Aprel, 2021  09:05 ]

İqtisadiyyatın bu modeli sosializmin sosial cavabdehlik daşıyan kapitalizm ilə spesifik qarışığıdır. Lakin sözügedən modeldə kapitalizmin özəllikləri azdır. İqtisadiyyatın ponçik modelinin əsas məqsədi planetin təbiət resurslarına zərər yetirmədən və bütün sistemlərin tarazlıqlarını qorumaqla Yer kürəsi sakinlərinin tələbatlarını ödəməkdir. Bu iqtisadi modelin müəllifi britaniyalı iqtisadçı və “Doughnut Economics” kitabının yazarı Kate Raworth-dur. O güman edir ki, onun irəli sürdüyü iqtisadi konsepsiya yaxın zamanda milli səviyyədə bir çox ölkələr tərəfindən qəbul ediləcək. Bununla belə ponçik iqtisadiyyatı modelinin baza prinsiplərində banklardan imtina və faktiki olaraq icarə resurslarının milliləşdirilməsi var.

Onun məqsədi hər bir insanı lazımi resurslarla təmin etməkdir. Su və qidadan tutmuş sosial bərabərlik və siyasi təsirə kimi. Lakin bu model bütün bunları elə etməlidir ki, insanlar Yer kürəsinin həyat şərtləri üçün vacib olan sistemlərini (stabil iqlim, münbit torpaq və s.) məhv etməsinlər. Ponçik formasında diaqramdan istifadə edərək iqtisadçı onun strukturunu belə izah edir: Boş mərkəz ilk zəruri resurslara (su, qida, elektrik enerjisi, səhiyyə və söz azadlığı) sahib olmama şərtləri altında keçən insan həyatlarının mövcud olduğu zonadır. Ponçikin xarici kənarı Yer kürəsinin canlı sistemlərinin ekoloji limitidir. Resurslardan kollektiv istifadə çərçivəsində bu limitin sərhədindən o tərəfə keçid isə planetə mənfi təsir göstərir. Ponçikin daxili kənarı layiqli həyat şərtləri üçün olan minimal standartlardır və bu standartlar ətraf mühitin rifahına təhlükə mənbəyi qismində çıxış etmirlər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >