Həvəskar astrofotoqraf 12 il ərzində Süd Yolu qalaktikasının panoram təsvirini yaradıb

[ 05 Aprel, 2021  10:26 ]

Həvəskar astrofotoqraf Süd Yolu qalaktikasının detallı təsvirini təqdim edib. 1.7 GP (giqapiksel) ölçüsündə olan qalaktik panoram təsvirin yaradılmasına 12 il və 1250 saat vaxt sərf olunub. Çox zaman kosmosun detallı təsvirlərini böyük rəsədxanalar və ya kosmik teleskoplar vasitəsilə əldə etmək olar. Lakin J.P. Metsavainio adlı həvəskar astrofotoqraf sübut edib ki, yetəri qədər səy göstərməklə hətta milyonlarla dollar dəyəri olan təchizatdan istifadə etmədən də diqqət cəlb edən nəticələr əldə etmək olar.

Beləliklə sözügedən astrofotoqrafın səyləri nəticəsində Süd Yolun qalaktikasının 1.7 GP ölçüsündə panoram təsviri əldə olunub. Bu cür işi ərsəyə gətirmək üçün Metsavainio adi həvəskarlar üçün nəzərdə tutulmuş təchizatdan istifadə edib. Virtual kətan isə 234 ədəd ayrı-ayrı obyektin birləşməsi nəticəsində yaradılıb və nəhəng mozaikanı xatırladır. Astrofotoqraf qeyd edib ki, bəzi hallarda əlavə emal proseslərinin yerinə yetirilməsi lazım gəlib. Belə ki, obyektlərin bəziləri digərlərindən fərqli olaraq daha çox ekspozisiyanı tələb ediblər. Yaradılmış kosmik panoram təsvirin tam versiyası ilə astrofotoqrafın saytında tanış olmaq olar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >