Android və iOS-də pul oğurlayan zərərli tətbiqlər milyard dəfə yüklənilib

[ 02 Aprel, 2021  10:29 ]

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Avast şirkəti App Store və Google Play platformalarında 200-ə yaxın zərərli tətbiq aşkar edib. Aşkar edilmiş tətbiqlərin ümumi yüklənmə sayı milyarda yaxındır. Həmin tətbiqlərin yaradıcıları isə diqqətli olmayan istifadəçilər sayəsində 400 milyon dollar vəsait qazanıblar. Avast mütəxəssisləri App Store-da 134 ədəd Fleeceware tərz tətbiq aşkar ediblər. Həmin tətbiqlərin yüklənmə sayı 500 milyon təşkil edir. Google Play-də isə 70 ədəd bu cür tətbiq aşkar edilib. Google Play-də aşkar edilmiş zərərli tətbiqlərin də ümumi yüklənmə sayı 500 milyona yaxındır.

 Sensor Tower tədqiqat şirkətinin hesablamalarına əsasən hackerlər Apple istifadəçiləri sayəsində 365 milyon dollar, Google istifadəçiləri sayəsində isə 38.5 milyon dollar vəsait qazanıblar. Fleeceware tətbiqlər dedikdə öz sistemlərində gizli və yüksək qiymətə sahib abunəçilik mexanizmini daşıyan tətbiqlər nəzərdə tutulur. Bununla belə bu cür tətbiqlər adətən təklif etdikləri funksionallıqları yerinə yetirirlər və istifadəçiyə böyük maliyyə zərərindən başqa bir zərər vermirlər.

Adətən bu cür tətbiqlərdə test müddəti mövcud olur. Lakin həmin test müddəti bitdikdən sonra avtomatik olaraq ödənişli abunəlik sistemi işə düşür. Bu cür tətbiqlərin əksəriyyətində isə abunəlik haqqı 100$-1000$ təşkil edir. Məsələn aşkar edilmiş tətbiqlərdən biri hər həftə istifadəçinin hesabından 66$ çıxır. Bu isə il ərzində 3432$ vəsait edir. Avast mütəxəssisləri bu tətbiqlər barədə məlumatları artıq Apple ilə Google şirkətlərinə bildiriblər. Bundan əlavə olaraq aşkar edilmiş bəzi Fleeceware tətbiqlərinin siyahısı da təqdim edilib.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >