LG-nin ilk 6G şəbəkəsinin nə zaman istifadəyə veriləcəyi barəsində məlumat ortaya çıxıb

[ 30 Mart, 2021  10:36 ]

Koreyalı jurnalistlərin məlumatlarına əsasən LG şirkəti artıq 6G mobil şəbəkəsinin istifadəyə verilmə qrafikini tərtib edib. Məlumat sızıntısına əsasən tamamilə yeni mobil şəbəkə standartına keçid yaxın illər ərzində baş tutacaq. İnsayderlər 6G üçün nəzərdə tutulmuş təchizatların nə zaman hazırlanacanaqları ilə yanaşı ilk kommersiya məqsədli şəbəkələrin istifadəyə veriləcəkləri müddəti də açıqlayıblar. Beləliklə verilmiş məlumata əsasən LG şirkəti 2024-cü ildə 6G şəbəkələrinin tərtibatı üzrə işləri yekunlaşdırmağı planlaşdırır.

Həmin vaxta kimi yeni mobil şəbəkə standartının konsepsiyası tam şəkildə hazır olmalıdır. Daha sonra şirkət həmin konsepsiya sayəsində 6G şəbəkəsinin kommersiya məqsədli inteqrasiyasını reallaşdıra biləcək. Bununla belə 6G infrastrukturunun özü bir qədər sonra qurulacaq və istehlakçılara yalnız 2029-cu ildə təqdim olunacaq. Yeni mobil şəbəkə standartından bağlantı sürətinin yüksəlməsi və 5G ilə müqayisədə siqnal gecikməsinin azalması gözlənilir. Qeyd etmək lazımdır ki, 6G-nin hazırlanmasna 2019-cu ildə 5G-nin istifadəyə verilməsindən sonra başlanmışdı.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >