Mühəndislər kameralara və süni zəka sisteminə sahib robotlaşdırılmış ekzoskelet yaradıblar

[ 29 Mart, 2021  09:29 ]

Kanadalı mühəndislər qeyri adi ekzoskelet yaradıblar. Yaradılmış ekzoskelet fiziki məhdudiyyətli insanlara gəzə bilmək qabiliyyətini qaytarmaq potensialına sahibdir. Bununla yanaşı ekzoskelet bunu ətraf mühiti görmək və süni zəka texnologiyası imkanları vasitəsilə fərdi şəkildə etməyə qadirdir. Tədqiqatçıların sözlərinə əsasən ekzoskelet yaradıcıları əsas diqqətlərini hərəkət prosesinin hamar olmasına yönəldirlər. Bununla belə idarəetmə sistemi ya smartfon ya da xüsusi joystick vasitəsilə reallaşdırılır. Bu həm qəlizdir həm də rahat deyil.

Belə ki, bu proseslər istifadəçinin diqqətini ayırır və gəzinti zamanı onun reaksiyasını aşağı səviyyəyə endirir. Vaterloo Universitetinin mühəndislər komandası isə ExoNet adlı layihəni yaradıblar. Bu, machine vision texnologiyasının inteqrasiya olunduğu ekzoskeletdir. Bu ekzoskeletdə idarəetmə prosesi tamamilə ağıllı alqoritmə ötürülür. Mühəndislər bildiriblər ki, süni zəkanın uzunmüddətli təlimatlandırılması sayəsində o, sağlam insanın yerimə tərzini imitasiya edə bilir.

Ekzoskeletdə olan süni zəka sistemi ətraf mühiti analiz edir, real zaman ərzində olan dəyişikliklərə adaptasiya olur və hərəkətin tənzimlənməsini digər analoqlardan daha sürətli edir. Bu, bir növ avtonom rejimdə hərəkət edən avtomobilə bənzəyir. Bu halda ekzoskeletin hərəkət etməsi üçün insan düşüncəsi faktoruna ehtiyac qalmır. Ekzoskelet özü avtonom rejimdə hərəkət edir. Növbəti mərhələdə ExoNet pilləkənlər vasitəsilə qalxmağı, maneələrdən yan keçməyi öyrənəcək. Bundan əlavə olaraq ətraf mühiti və istifadəçinin hərəkətini analiz edərək qərar qəbul etməyə imkan verən alqoritm də təkmilləşdiriləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >