Twitter-in yaradıcısı öz ilk tweet-ni külli miqdarda vəsaitə satıb

[ 25 Mart, 2021  12:24 ]

Twitter-in yaradıcısı olan Jack Dorsey öz ilk tweet-ni 2.9 milyon dollar qiymətinə əvəz edilməyən token (NFT) şəklində satıb. Valuable adlı ticarət platformasındakı məlumata əsasən Jack Dorsey-nin ilk tweet-i Malayziyanın Bridge Oracle adlı startapının CEO-su Sina Estavi tərəfindən alınıb. Nəticədə həmin şəxs Jack Dorsey-nin ilk tweet-nin unikal rəqəmsal sertifikatını əldə edəcək. Həmin sertifikat Jaack Dorsey tərəfindən imzalanıb və təsdiqlənib. Qeyd etmək lazımdır ki, 15 il bundan öncə paylaşılmış tweet isə Jack Dorsey-nin Twitter hesabında olduğu kimi qalacaq. Dorsey öz ilk tweet-ni mart ayının əvvəlində hərraca çıxartmışdı. Həmin vaxtda o qeyd etmişdi ki, satışdan əldə olunacaq bütün vəsaiti Africa Response adlı proqrama yatıracaq.

 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >