Xiaomi-nin qatlana bilən smartfonunun prototip versiyasının real fotoları ortaya çıxıb

[ 19 Mart, 2021  09:05 ]

Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti bu il özünün ilk qatlana bilən smartfon modelini satışa çıxartmağı planlaşdırır. İndi isə onun prototipinin real fotoları ortaya çıxıb. Şirkətin ilk qatlana bilən smartfon modelinin prototip versiyası Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Ortaya çıxmış fotolardan belə qənaətə gəlmək olar ki, sözügedən smartfon Mi Mix seriyasına daxil olacaq və xarici görünüşcə Galaxy Z Fold 2-ni xatırladacaq. Belə ki, smartfon kitab formatında hazırlanb və iki ekran ilə üçlü kameranı əldə edib.

Əsas ekran smartfonun daxili hissəsində, köməkçi ekran isə xarici hissəsində yerləşdirilib. Smartfonun texniki özəlliklərinə gəldikdə isə bir sıra məlumatlara əsasən o, Snapdragon 888 prosessoru, 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və 108 MP-lik kamera ilə təchiz olunmalıdır. Gözləntilərə əsasən smartfon MIUI 12 istifadəçi interfeysinin təkmilləşdirilmiş versiyası üzərində çalışacaq. Bundan əlavə olaraq Xiaomi-nin bu il bir yox bir neçə qatlana bilən smartfon təqdim edəcəyi gözlənilir.

 

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >