“Facebook” fikirləri oxuyan qurğu yaratmağı planlaşdırır

[ 15 Mart, 2019  14:46 ]

“Facebook”un yaradıcısı Mark Zukerberq bu günlərdə Harvard Universitetinə müsahibə verib. Müsahibə zamanı o, şirkətin gələcəyə dair planlarından, xüsusilə də aparat təminatı məsələlərindən danışıb.

Zukerberqin sözlərinə görə, insanlara virtual və əlavə edilmiş reallıqda fikrin gücü ilə hərəkət etməyə imkan verən neyrointerfeys hazırlanır. Başqa sözlə, bu sistem “fikirləri oxumalıdır”.

Zukerberqin təsvir etdiyi qurğu elektrod və tənzimləyici dəstə malik üzgüçülük papağına bənzəyəcək. igromania.ru saytının məlumatına əsasən, sistem beynin elektrik fəaliyyətini analiz edəcək, eləcə də istifadəçinin başının müxtəlif sahələrində qan dövranının xarakteristikasını izləyəcək. Yeni texnologiya VR və ya AR eynəklər ilə, həmçinin ağıllı qurğularla sinxronlaşdırılacaq.

Bundan əlavə, Zukerberq əlavə edilmiş reallığın köməyi ilə real dünyanın rəqəmsal qatını yaratmağı da planlaşdırır. O, iş prinsipinə görə “Magic Leap” versiyasına bənzəyir. Bu qat mühəndisə haşiyələri çıxartmadan mühərrikin işini “görməyə” imkan verəcək. Bu zaman ona ixtisaslaşdırılmış proqram quraşdırılmış smartfonun və ya planşetin kamerasının yönəldilməsi kifayətdir.

Yenilikərin hazırda hansı mərhələdə olması barədə hələ ki, məlumat verilmir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >