İnsanın səsini dəyişən və dublyaj edən neyron şəbəkə

[ 05 Mart, 2019  09:59 ]

ABŞ alimlər real zamanda insanın səsini dublyaj edən və dəyişə bilən neyron şəbəkə yaradıblar. Modulate.ai startapı Barak Obamanın süni intellekt tərəfindən modelləşdirilmiş səsindən reklam məqsədi ilə istifadə edib.

Yeni texnologiyanı “MIT Technology Review” jurnalının müxbiri Uill Nayt sınayıb. O öz səsinin qadın versiyasının necə səsləndiyini dinləməyi qərara alıb.

Müşahidəçi işin başlanğıcında neyron şəbəkədə yaradılmış səsin titrədiyini qeyd edib. Ünsiyyət davam etdikcə səslənmədə insan səsinə daha çox bənzərlik yaranıb.

robo-hunter.com saytının məlumatına əsasən, proqram səs siqnalının səsli xüsusiyyətlərinin modelləşdirilməsi üçün GAN (Generative Adversarial Networks) şəbəkəsindən istifadə edib.

O, oyunçuların mikrofon vasitəsilə yad insanlarla ünsiyyət qurduqları “Fornite” və “Call of Duty” kimi onlayn oyunlar üçün nəzərdə tutulub.

İstehsalçıların fikrincə, süni intellektin tətbiqi oyun prosesini yaxşılaşdırır, eləcə də öz səsindən istifadə etmək istəməyən oyunçuların anonim qalmasına imkan yaradır.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Vəfa Həsənova

Gybym

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >