Startap Layihəsi
[ 04 Mart, 2015 15:37 ]
Son illərdə ölkəmizdə gənclərin biznesə olan marağı sürətlə artır, lakin çox zaman təcrübə azlığı və maddi-texniki çatışmazlıqlara görə bu təşəbbüslərin böyük bir qismi uğursuzluqla nəticələnir. BBF-in startaplarla bağlı layihəsi də məhz gəncləri həm biznes vərdişləri, həm də maddi-texniki baxımdan dəstəkləyəcək. Bu sahədəki əsas xidmətlərimiz ofis təmini, maddi-texniki təchizat, mentorluq, hüquqi dəstək və investisiyadır.
Hansı biznes növləri müraciət edə bilər:
- Ticarət: topdan və pərakəndə satış, e-ticarət
- Xidmət: agentlik, konsultasiya, dizayn, tərcümə, təlim və kurslar, araşdırma və s.
- İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları və s.
- Texnolojik: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və s.
- Kənd təsərrüfatı: əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı məhsullarının satışı və s.
- Qısa müddətli qazanc gətirəcək layihələr: sərgilər, aksiyalar, kampaniyalar, konsertlər və s.
Seçimdə əsas nəzər yetiriləcək amillər:
- Yaradıcı biznes ideyaları
- İnsanların ehtiyaclarının qarşılanması üçün sadə həll yolları
- Gəlir gətirmə özəlliyi
Proses:
- Anket doldurulur.
- Anketə bizim tərəfimizdən baxıldıqdan sonra görüş təyin edilir.
- Biznes plan hazırlanılır.
- İkinci görüş
- Qərar verilir və şərtlər razılaşdırılır.
- Müqavilə bağlanılır.
Biznes layihənizi bizə istənilən vaxt göndərə bilərsiniz. Layihələrə sentyabr, 2015-ci tarixindən etibarən BBF-in Startap Komissiyası tərəfindən baxılacaq.