Sonabəyim Hüseynzadə

İxtisas: Mexatronika ve Robototexnika mühəndisliyi

Layihə: Nicecho

Layihə haqqında: Nicecho gənc nəslin inkişaf edərək, öyrənərək öyrətməsi üçün nəzərdə tutulan bir platformadır. Gündəmdə olan problemlər və onların həlli. Bugün tələbələr arasında sorğu keçirsəniz (mən bir qismi ilə keçirmişəm) və onlardan niyə məhz bu ixtisası seçdiyini soruşsanız 89%-i sizə “Bəxt”, “Nə bilim, elə alındı, heç bura istəmirdim ki...”, “Balıma uyğun olanı yazdım” və sair kimi cavablar eşidəcəksiniz. Bu da heç xoşagələn hal deyildir. Deyək ki, abiturient olduğu dövrdə imtahana hazırlaşdığına görə zamanı olmamışdır və bu fikirlə növbəti sualı verərək daha da təəccüblənəcəksiniz: “Hal-hazırda oxuduğun ixtisas haqqında nə bilirsən?” sualına “Heç özüm bilmirəm, internetdə axtardım tapa bilmədim”, “Nə bilim. Elə də nəsə bilmirəm, institutda öyrədəcəklər də, nəyə axtarıram ki” və sair kimi cavabları eşitdikdə niyə ölkəmizdə işsizlik səviyyəsinin çox olduğunu da anlayırsınız. Yeniliklərin və innovativ ideyaların olmadığına səbəb məhz bilgisizlikdir. Bununla yanaşı öz dilimizdə məlumatın qıtlığı da öz təsirini göstərərək məlumat toplamaq istəyən hər bir gəncin qarşısında əlavə dildə məlumat axtarmağa məcbur edir. Dil bilmək yaxşıdır, ancaq ana dilini əvəz etmək üçün deyil. Bu fikirlərlə, problemin həllini Nicecho-da tapdıq. Nicecho abiturientlərə yerli və xarici universitetlərdə keçirilən ixtisaslar barəsində geniş məlumat əldə etməyə və həmin ixtisasda təhsil alan tələbələrlə online məlumat almağa imkan verərək, həmin abiturientlərə seçimlərini dəqiq və qısa zamanda etməyə imkan verir. Ancaq Nicecho təkcə abiturientlərlə kifayətlənmir, platforma yenicə universitetə daxil olan tələbələrə də öz yardımını əsirgəmir. Onların düzgün time management və ixtisasa uyğun olaraq necə karyera addımlarını atmağında köməklik göstərərək məlumatlandırır. Nicecho öyrənməyə və öyrətməyə səsləyən bir platformadır.





Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 21

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Daha çox >