Haqqımızda

"Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında Anar Əlizadə tərəfindən təsis edilmişdir. Şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir.

Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-də öz ideyalarını biznesə çevirə biləcəklər. Onlar BBF-dən ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edəcəklər.

BBF-in fəaliyyət göstərdiyi 2-ci sahə isə sərbəst işləyən insanların iş üçün hər cür şəraitə malik ofislə təminatıdır. Onlar heç bir ödəniş etmədən ofisimizin bütün imkanlarından: iş stolu, görüş otaqları, istirahət otağı, internet, printer, skayner, resepşn, çay, kofe və s., istifadə edə biləcəklər. Onlar, həmçinin, BBF tərəfindən təşkil olunacaq mentorluq proqramlarında da iştirak edə bilərlər.

Missiya

BBF-in missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.

Mövqemiz

Uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayət edir.

Ofisimiz

Ofisimiz şəhərin mərkəzində Nizami küçəsi 203-B ünvanında AF Business House-un 3-cü mərtəbəsində yerləşir. Ofisimizin cəmi ərazisi 620 kvm təşkil edir. Buraya

  • Startaplar üçün iş sahəsi
  • Frilanserlər və kiçik bizneslər üçün iş sahəsi
  • BBF- in öz işçiləri üçün sahə
  • 2 iclas otağı
  • İstirahət otağı
  • Giriş sahəsi
  • Mətbəx

aiddir.

Ofisimizin rəngli dizaynı və rahatlığı sərbəst işləyənlər və startaplar üçün öz yaradıcı işlərini rahatlıqla həyata keçirməyə imkan yaradacaq.

Təsisçi Haqqında

BBF-in təsisçisi və sahibi Anar Əlizadədir. Onlarla şirkətin qurucusu və sahibi olan gənc iş adamı gənclərin biznes təşəbbüslərinin dəstəkləməsini özünün əsas sosial öhdəliklərindən biri hesab edir və məhz bu məqsədlə də BBF- i təsis etmişdir. Anar inanır ki, uğur qazanmaq üçün ağıllı ideyası olan istənilən azərbaycanlı gəncə bir şans vermək kifayət edər.

Anar Əlizadə haqqında daha geniş məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

www.anaralizade.com

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >