Startap

Son illərdə ölkəmizdə gənclərin biznesə olan marağı sürətlə artır, lakin çox zaman təcrübə azlığı və maddi-texniki çatışmazlıqlara görə bu təşəbbüslərin böyük bir qismi uğursuzluqla nəticələnir. BBF-in startaplarla bağlı layihəsi də məhz gəncləri həm biznes vərdişləri, həm də maddi-texniki baxımdan dəstəkləyəcək. Bu sahədəki əsas xidmətlərimiz ofis təminatı, maddi-texniki təchizat, mentorluq, hüquqi dəstək və investisiyadır.

Hansı biznes növləri müraciət edə bilər:

  • Ticarət: topdan və pərakəndə satış, e-ticarət
  • Xidmət: agentlik, konsultasiya, dizayn, tərcümə, təlim və kurslar, araşdırma və s.
  • İstehsal: toxuculuq, əl işləri, gündəlik istifadə malları, qida məhsulları və s.
  • Texnolojik: internet səhifəsi hazırlanılması, tətbiqlər, robot istehsalı və s.
  • Kənd təsərrüfatı: əkinçilik, heyvandarlıq, kənd təsərrüfatı məhsullarının satışı və s.
  • Qısa müddətli qazanc gətirəcək layihələr: sərgilər, aksiyalar, kampaniyalar, konsertlər və s.

Seçimdə əsas nəzər yetiriləcək amillər:

  • Yaradıcı biznes ideyaları 
  • İnsanların ehtiyaclarının qarşılanması üçün sadə həll yolları
  • Gəlir gətirmə özəlliyi 

Proses:

  • Anket doldurulur.
  • Anketə bizim tərəfimizdən baxıldıqdan sonra görüş təyin edilir.
  • Biznes plan hazırlanılır.
  • İkinci görüş
  • Qərar verilir və şərtlər razılaşdırılır.
  • Müqavilə bağlanılır.

Anket

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 21

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Taleh Məmmədov

Woody Group

Elçin Hüseynov

Balta

Sonabəyim Hüseynzadə

Nicecho

Daha çox >