Kovörkinq

Kovörkinq Mərkəzi layihəmiz müxtəlif sektorlardan olan sərbəst işçilər üçün hər cür ofis şəraitinə malik yerlər təklif edir. Sərbəst işləyən dizaynerlər, proqramistlər, hüquqşünaslar, marketoloqlar, kiçik biznes sahibləri, startaplar və s. mərkəzimizə üzv ola bilərlər. Layihə tək və ya maksimum 3 nəfərlik qruplar üçün nəzərdə tutulub. Onlar heç bir ödəniş etmədən aşağıdakılardan sərbəst istifadə edə biləcəklər:

  • İş masası
  • Görüşmə otaqları
  • İstirahət otağı
  • İnternet
  • Printer
  • Skayner
  • Mətbəx
  • Çay, kofe və s.
  • Resepşn xidməti
  • BBF tərəfindən təşkil edilən mentorluq proqramlarında iştirak

Kovörkinq Mərkəzimizdə öz işiniz üçün yer rezerv etmək istəyirsinizsə, aşağıdakı anketi doldura bilərsiniz. Ərizəniz BBF-in İdarə Heyəti tərəfindən nəzərdən keçirildikdən sonra, uyğun hesab edilərsə, ofisimizdən sərbəst istifadə etmək üçün Sizinlə müqavilə bağlanılacaq.

Seçim kriteriyaları:

  • Tək və ya maksimum 3 nəfərlik qruplar
  • Açıq iş sahəsində digərləri ilə birlikdə işləyə biləcək layihələr/şəxslər
  • Dəqiq müəyyən edilmiş müştəri ehtiyaclarını qarşılayan tək funksiyalı layihələr (çox funksiyalı layihələr qəbul edilmir)
  • Layihə müştəri ehtiyaclarının qarşılanmasında fayda-qazanc mexanizmi ilə işləməlidir
  • Yenilikçi layihələr

Anket

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 23

Murad Məmmədov

Hands.az

Etibar Hüseynli

QSS Analytics

Röyal Ağamirzadə

Absolute Azerbaijan İƏT - İcma Əsaslı Turizm

Sara Rəcəbli

BUTA Art & Sweets

Mahir Qafarov

Darts Games

Rüstəm Pənahov

Darts Games

Yeganə Zeynalova

Esmaye Handmade

Arzu Ağazamanova

WoWoman

Daha çox >