Tədqiqatlar zamanı hüceyrələri zədələməyən 3D-mikroskop hazırlanıb

[ 27 İyul, 2019  12:19 ]

Standart metodlardan fərqli olaraq, yeni yanaşma hüceyrələri canlı və sağlam saxlayır. Bu, onların uzun müddət ərzində inkişafını və ətraf mühit dəyişikliklərinə reaksiyasını izləməyə imkan verir.

Məlumdur ki, mikroskopun köməyi ilə canlı hüceyrənin öyrənilməsi üçün onu rəngləmək lazımdır. Lakin standart boyalar hüceyrələrin zədələnməsinə və həlak olmasına səbəb olur.  İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları alternativ metodika təqdim ediblər.

nanonewsnet.ru saytının məlumatına görə, komanda 200 nm-dən kiçik ölçüyə malik hüceyrələrin daxili strukturuna baxmağa imkan verən CX-A adlı yeni üçölçülü mikroskop hazırlayıb. Qurğu iş prinsipinə görə MRT aparatını xatırladır: O, müxtəlif rakurslardan bir çox şəkillər çəkərək onları vahid həcmli təsvirdə birləşdirir. Bu halda hüceyrələrdə zədələnmələr yaranmır.

Texnologiya bir neçə saat və gün ərzində ayrı-ayrı hüceyrələrin həyat dövrünü müşahidə etməyə, həmçinin onların müəyyən stimullara reaksiyasını izləməyə imkan verəcək. Bundan başqa, onun köməyi ilə orqanellərin, məsələn, mitoxondriyaların qarşılıqlı təsirini öyrənmək daha asan olacaq. Bu halda istifadəçiyə prosesi əl ilə idarə etmək lazım olmayacaq. Belə ki, uyğun çəkiliş vaxtı seçmək və mikroskopu avtonom rejimə qoymaq kifayət edəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >