İflic olmuş insanlar elektron qurğular vasitəsilə ünsiyyət qura biləcəklər

[ 25 İyul, 2019  12:16 ]

İlon Maskın rəhbərlik etdiyi “Neuralink” şirkəti beyindən siqnalların kompüterə ötürülməsi texnologiyasını təqdim edib. Beyinə daxil edilən çip formasında olan və simsiz kanal vasitəsilə siqnal ötürən bu texnologiya iflic olmuş insanlara elektron qurğuları idarə etməyə və dünya ilə fəal əlaqədə olmağa imkan verəcək.

Bir müddət əvvəl məlum olub ki, şirkətin arsenalında insan saçından daha incə “möcüzə-liflər” mövcuddur. Neyronların fəallığını müəyyən etməyə imkan verən lifləri beyinə implantasiya etmək lazımdır. Həmçinin bu liflərin neyro-cərrahın rəhbərliyi altında daxil edilməsi üçün hazırlanmış robot mövcuddur.

meddaily.ru saytının məlumatına əsasən, şirkət son tədqiqatını hələ ki, heyvanlar üzərində sınaqdan keçirib. Lakin gələn il ərzində şirkət insanların iştirakı ilə kliniki sınaqlara razılıq almağa ümid edir. İlk sınağa yalnız tam iflic olmuş pasiyentlər cəlb ediləcək. Onların beyninə dörd implantat yerləşdiriləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >