Alimlər süni beyin yaradırlar

[ 24 İyul, 2019  12:15 ]

Melburn Kral Texnologiya Universitetinin alimləri beyinin bioloji funksiyalarını təqlid edən mikroçip yaradıblar. Bu, xatirələri yaratmağa və yaddaşda saxlamağa imkan verir. Texnologiyanın əsasında optogenetika (prosesə işıq təsirinin köməyilə nəzarət etmək qabiliyyəti) dayanır.

meddaily.ru saytının məlumatına görə, mikroçip elektrik müqavimətinin müsbətdən mənfiyə doğru dəyişilməsi üçün işıq dalğalarından istifadə edir ki, bu da sinir əlaqələrinin formalaşması və qırılmasına gətirib çıxarır. Bu, xatirələrin yaradılması və itkisi ilə əlaqələndirilir. Yəni işığa qarşı həssas olan süni sinaps (neyronların birləşdiyi hissə) yaradılıb. Alimlər müxtəlif rəngli işıqlardan istifadə edərək, sinapsı aktivləşdirib və ya söndürüblər.

Bu sistem yeni nəsil süni intellektin əsasında dayana bilər. O, əsl insan kimi özünü inkişaf etdirəcək, öyrənəcək, yeni xatirələr yaradacaq və lazımsız informasiyanı siləcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >