Sürücüsüz avtobuslar istifadəyə verilib

[ 23 İyul, 2019  12:14 ]

Avstraliyanın Yeni Cənubi Uels ştatının rəhbərliyi Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət göstərməsi üçün “BusBot” proqramının ikinci sınaq mərhələsini işə salıb. “EasyMile” şirkətinin “EZ10” modelinin robotu öncə liman boyunca istirahət edən insanları daşıyıb. Uğurlu keçən sınağın nəticəsindən sonra onlara “Marian Grove Retirement Village” kənd sanatoriyasındakı yaşlıları daşımaq etibar edilib.

techcult.ru saytının məlumatına əsasən, “Via” ictimai nəqliyyat xidməti tərəfindən smartfon üçün hazırlanmış sadə proqram vasitəsilə sürücüsüz avtobus çağırmaq mümkündür. Bunun üçün hər bir sərnişin proqramda göstərilən avtobus dayanacağına getməlidir. Kənd ərazisində hərəkət edən avtobusa minmə və düşmə dayanacaqlarda həyata keçirilir.

“BusBot” konsepsiyası, həmçinin sürücüsüz nəqliyyat vasitəsinin kollektiv, ictimai xidmət göstərməsini də nəzərdə tutur. Sistem boş yerlərin mövcudluğunu izləyir, bütün sərnişinləri qısa müddətə daşımaq üçün hərəkət marşrutu qurur.

Sürücüsüz avtobusun ikinci sınaq mərhələsi təxminən 22 həftə davam edəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >