Yeni texnika süni intellektə düşünməyi öyrədəcək

[ 20 İyul, 2019  12:12 ]

“Facebook” şirkətinin tədqiqatçısı və “süni intellektin xaç atalarından” biri Yan Lekun özü idarə olunan təlim metodu adlandırdığı yeni metodunu təklif edib. Bu halda, idarə olunan və idarə olunmayan təlimdən fərqli olaraq, süni intellekt özü nəticələr çıxarmalıdır. Bu isə, ona “dünya ilə sərbəst şəkildə qarşılıqlı əlaqədə olmağa” imkan verəcək.

“Bu sahədə ən son inqilabın başlanğıcını qoymuş süni intellekt alqoritmləri kateqoriyası olan dərin təlim süni intellektə görmə kimi qabiliyyətlər təqdim edərək irəli addım atıb. Lakin dərin təlim süni intellektə reallığın konseptual modelinə əsaslanan daha mürəkkəb düşüncə qabiliyyətini tətbiq edə bilməyib. Başqa sözlə, maşınlar onları əhatə edən dünyanı anlamır, bu isə onlara dünya ilə qarşılıqlı təsirə malik olmağa imkan vermir”, - Lekun qeyd edib.

hightech.fm saytının məlumatına görə, tədqiqatçı hesab edir ki, bunun üçün maşın insanın öyrənmə metodlarını təkrarlamağı öyrənməlidir. O, bildirib ki, insanların öyrəndiyi hər şey özünü idarəetmə vasitəsilə mənimsənilir. İnsanlar yalnız bəzi məsələləri nəzarət altında öyrənir, digər bütün bilikləri isə özləri möhkəmləndirir.

Lekun qeyd edir ki, bu kimi təlimlərdə ilk addım müvəqqəti proqnozlaşdırmadır. Başqa sözlə, məsələn, alimlər neyron şəbəkəsinə videonun birinci hissəyə baxış zamanı onun ikinci hissəsini öncədən proqnozlaşdırmağı öyrətməlidir. Bu, insanın beynində gedən prosesin bir növ simulyasiyasıdır. O, əlavə edib ki, süni intellektin növbəti inqilabı idarə olunmayacaq.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >