İnternet-asılılığa qarşı sürətli və effektiv müalicə üsulu təklif olunub

[ 19 İyul, 2019  12:11 ]

Maynts Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri onlayn-oyunlar və İnternet-asılılığa qalib gəlməyin yollarını müəyyən ediblər. Onlar qısa müddətli koqnitiv-davranış terapiyasının effektivliyini yoxlayıblar. Onun məqsədi insanlara İnternetdən oyunlar və ya digər asılılıq yaradan saytlardan istifadə etməyi deyil, təhsil üçün istifadə etməyi öyrətməkdir. Belə terapiyadan sonra problemli davranışdan imtina ehtimalı 10 dəfə artır.

Problemli davranış dedikdə, oyun qarşısında keçirilən vaxtın artırılması, neqativ nəticələrə səbəb olsa belə, oyunu davam etdirmək ehtiyacı və s. başa düşülür. Həmçinin oyundan asılı olan insanlar üçün tipik olan xüsusiyyət dörd gündən çox müddətdə ardıcıl olaraq oyun oynanılmasıdır.

meddaily.ru saytının məlumatına görə, yanaşmanın yoxlanılması üçün alimlər onlayn-oyunlardan asılı olan insanlar daxil olmaqla, internet-asılılığı olan 150-yə yaxın insan cəlb ediblər. Bu terapiya insanlara zərərli düşüncə tərzini anlamağa və davranışlarını dəyişdirməyə kömək edib.

Qısa müddətli koqnitiv-davranış terapiyası 15 həftəlik qrup sessiyası və 8-ə qədər fərdi məşğuliyyətdən ibarət olub. Bütün müalicə kursu üç mərhələyə bölünüb. Birinci mərhələ, təlimə və terapiyanın hədəflərinin müəyyənləşdirilməsinə hədəflənib. İkinci mərhələ, İnternetdən istifadəyə terapevt aspektlərinin tətbiqini ehtiva edib. Üçüncü mərhələdə zərərli davranışların geri qayıtmasının qarşısını alan üsullar tətbiq olunub.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >