Süni intellekt şəkilləri mətnə çevirəcək

[ 16 İyul, 2019  12:09 ]

“Qeyri-standart” şriftlər, ərəb hörmə yazısı, eləcə də Çin heroqlifləri ilə iş mətn tanıma sistemlərinin əksəriyyətinin qarşılaşdığı əsas çətinliklər sırasındadır. Qrafik simvolların variantları, bu kimi simvolların yazılışları, onların fərdi xüsusiyyətləri, simvolların məlumat bazasının yenilənməsi həll edilməsi çətin olan məsələlərdəndir.

Rusiya və beynəlxalq tanıma sistemləri bazarının lideri “ABBYY” şirkəti mətnlərin redaktə edilən fayla tərcüməsi üçün süni intellekt elementlərini yeni sistemə daxil edib. Bu yanaşma sayəsində sistem faktiki olaraq insan beyni kimi işləməyə başlayır.

popmech.ru saytının məlumatına görə, yeni sistem yalnız əlavə edilən qrafik simvolları “gözləmir”, ona məlum olan dəstlə skanerdən çıxarılan simvolun müqayisəli analizini həyata keçirir. Sənəddə mövcud olan bu və ya digər çapın çatışmazlıqları “ağıllı” sistem  tərəfindən tapılaraq düzgün variant təqdim edilir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >