“Google” eksperimental sosial şəbəkəsini istifadəyə verib

[ 15 İyul, 2019  12:08 ]

“Google” şirkəti cari ilin aprel ayında fəaliyyətini dayandıran “Google+” sosial şəbəkəsinin əvəzinə, “Shoelace” adlı yeni layihəni istifadəyə verib. “Area 120” eksperimental laboratoriyasının ərsəyə gətirdiyi xidmət kino, konsert və digər tədbirlərə getmək üçün yaxınlıqda yaşayan insanları tapmağa imkan verən hiperlokal sosial şəbəkədir.

vesti.ru saytının məlumatına əsasən, hazırda “Shoelace” xidmətindən yalnız Nyu-Yorkda istifadə mümkündür. “Android” və “iOS” əlavələrinin yüklənilməsi üçün istinadlar layihənin saytında yerləşdirilib, lakin onlara keçid dəvət əsasındadır.

Mütəxəssislərin sözlərinə görə, “Shoelace” oxşar maraqlara malik digər insanlarla ünsiyyət qurmağa kömək edir. İstifadəçilər iştirak etmək istədikləri tədbirlərə dair öz siyahılarını yarada və buraya dostlarını və tanış olmayan insanları dəvət edə bilərlər. Bundan əlavə, sosial şəbəkə hamının qoşula biləcəyi açıq tədbirlər seçimi təklif edir.

Qeyd edək ki, “Google” əvvəllər də oxşar layihələr işə salıb. Məsələn, 2011-ci ildə fəaliyyətə başlayan “Schemer” birgə səfərlər üçün müəyyən ərazi üzrə qonşular tapmağa imkan verib. Lakin layihə 2014-cü ildə fəaliyyətini dayandırıb.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >