“Dual-Image” texnologiyasını dəstəkləyən ilk televizorlar nümayiş olunub

[ 14 İyul, 2019  12:13 ]

“Hisense” şirkəti dünyada ilk dəfə “Dual-Image” texnologiyası əsasında hazırlanan “U9e” seriyalı televizorlar nümayiş etdirib.

3dnews.ru saytının məlumatına əsasən, qurğuların ekranı ənənəvi rəngli “LCD” və əlavə monoxrom displey birləşməsindən ibarətdir. “BD Cell” adlanan həllin hazırlanmasında Çinin “BOE” şirkətinin mütəxəssisləri iştirak ediblər.

Tətbiq edilən texnologiya adi maye-kristal panellərlə müqayisədə, bir sıra üstünlüklərə malikdir. Belə ki, “Hisense U9e” modelində kontrastlıq nisbəti 150 000:1 təşkil edir ki, bu da yüksək göstərici hesab edilir.

Təsvirin keyfiyyətinə görə yeni televizorlar üzvi işıq diodlu (OLED) panellərlə müqayisə olunsa da, qiyməti nisbətən ucuzdur. Bundan əlavə, rəngvermə yüksək səviyyədədir.

Hazırda “Hisense U9e” seriyasında 55, 65 və 75 düym diaqonallı 3 model təqdim olunub. Modellərin təsvir ölçüsü barədə məlumat verilməsə də, onların “4K” formatlı olması ehtimal edilir.

Bu il satışa yalnız qiyməti 2600 dollar təşkil edən 65 düym diaqonallı versiyanın çıxarılması planlaşdırılır. Digər iki modelin isə 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >