Emosiyalara nəzarət etməyə imkan verən bilərzik hazırlanıb

[ 09 İyul, 2019  13:07 ]

Böyük Britaniyanın Lankaster Universitetinin mühəndisləri sahibinin biləyində onun emosional vəziyyətindən asılı olaraq, rəngini dəyişdirən “ağıllı” bilərzik hazırlayıblar.

İstehsalçıların sözlərinə görə, bu bilərzik depressiya və bipolyar pozuntu kimi affektiv pozuntular müşahidə olunan pasiyentlərə, həmçinin sadəcə qəfil “yersiz emosiyalar”dan (qorxu, həyəcan, qəzəb və s.) əziyyət çəkən insanlara öz hisslərini nəzarət altında saxlamağa kömək edəcək. Bununla yanaşı, dərinin temperaturuna reaksiya verən materialdan hazırlanmış “ağıllı” qadcetin işləməsi üçün smartfonla sinxronlaşdırma tələb edilmir.

naked-science.ru saytının məlumatında bildirilir ki, sınaqlar zamanı könüllülər 8-16 saat boyunca bilərzikləri daşıyıblar. Onlar başqa insanlarla ünsiyyət saxlayır, işləyir, oynayır, gülür, dincəlir, filmə baxır, bir sözlə, gündəlik həyatda müşahidə olunan emosiyaları hiss edirdilər. Eyni zamanda, biləyə sıx bağlanmış sensor dərinin elektrik fəallığının ölçülməsi yolu ilə hisslərin dəyişilməsini izləyir və siqnal ötürürdü. Bilərzik sayəsində sınaq iştirakçıları öz ani emosional reaksiyalarına diqqət yetirməyə başlayırdılar. Hər bir iştirakçı öz əhval-ruhiyyəsinin kəskin dəyişdiyini anlaya və bu dəyişikliklərin səbəblərini təhlil edə bilirdi.

Mütəxəssislər istifadə edilən materialları öyrənmək, qurğunu təkmilləşdirmək və onun üçün ən əlverişli dizaynı tapmaq məqsədilə əlavə sınaqlar keçirmək niyyətindədirlər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >