“Ağıllı” səsgücləndirici insanları ölümdən xilas edəcək

[ 02 İyul, 2019  17:39 ]

Sınaqlar nəticəsində məlum olub ki, əlavə elementlərlə komplektləşdirilmiş “ağıllı” səsgücləndirici ürəyin dayanması barədə xəbərdarlıq edən səsləri qeydə ala və təcili yardım çağıra bilir. Səsgücləndirici ürəyin dayanmasını 97 faiz hallarda, hətta həyəcan səsi 6 metr məsafədən eşidildikdə belə müəyyən edib.

meddaily.ru saytının məlumatına görə, səsgücləndirici üçün əlavə elementləri ABŞ-ın Vaşinqton Universitetinin mütəxəssisləri hazırlayıblar. Alimlər qurğunu yataq otağına qoymağı məsləhət görürlər, çünki əksər hallarda ürək dayanması orada baş verir. Ürəyin dayanmasını tipik aqonal (tez-tez, səthi, qırıq-qırıq) tənəffüsə görə müəyyən etmək olar. Bu, oksigen səviyyəsinin düşməsindən xəbər verir.

Alimlər sınaq zamanı aqonal tənəffüs audioyazılarından istifadə ediblər, pasiyentlərin tənəffüsünü “ağıllı” səsgücləndirici, smartfon və xüsusi kompüter alqoritmlərinin köməyilə analiz ediblər. Yeni sistem demək olar ki, 100 faiz diaqnostika dəqiqliyinə malikdir. Yanlış diaqnostika ehtimalı 0,22 faiz təşkil edir.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >