Marsa göndəriləcək kvadrokopter sınaqdan keçirilib

[ 21 İyun, 2019  16:35 ]

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (National Aeronautics and Space Administration – NASA) 2020-ci ildə Marsa göndəriləcək pilotsuz uçuş aparatının sınaqlarını əks etdirən videonu yayımlayıb.

belta.by saytının məlumatına görə, alimlər bir neçə ildir ki, Qırmızı planetin atmosferi şəraitində uça bilən aparatın hazırlanması üzərində çalışırlar. Bir çox mühəndislər bu istiqamətdə hazırladıqları layihələrini təqdim etsələr də, onların əksəriyyəti uğursuzluqla nəticələnib. Lakin kosmik agentlikdə uyğun konstruksiya tapılıb və yaxın zamanda yeni kvadrokopter sınaqdan keçirilib.

Dron Marsın atmosfer şəraitini təqlid edən kameraya yerləşdirilib. Pilotsuz uçuş aparatı müvəffəqiyyətlə uçub və bir neçə dəqiqə havada qalıb. Qurğu növbəti uçuşunu 2020-ci ildə Marsın səthində gerçəkləşdirəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >