Qulaqlıqlar sağlamlıqla bağlı ciddi problemlərin yaranmasına səbəb olur

[ 20 İyun, 2019  16:33 ]

Rusiyanın L.Sverjevski adına Otorinolarinqologiya Elmi-tədqiqat İnstitutunun Qulaq Mikrocərrahiyyəsi Bölməsinin rəisi Yevgeni Qarov qulaqlıqların yanlış istifadəsinin təhlükəli olması barədə xəbərdarlıq edib. Belə ki, qulaqlıqlar eşitmə qabiliyyətinin azalmasına, qulaq tıxaclarının yaranmasına və hətta qulaq kanalının zədələnməsinə gətirib çıxara bilər.

meddaily.ru saytının məlumatına görə, səs dalğalarının uzunmüddətli təsiri zamanı tez-tez eşitmə ilə bağlı problemlər və baş ağrısı yaranır. Bu riski azaltmaq üçün gündə 3 saatdan çox qulaqlıqlar vasitəsilə musiqi dinləmək tövsiyə edilmir. Hər 30-40 dəqiqə sonra fasilə etməyi də unutmaq olmaz. Bu zaman səsin yüksəkliyi orta səviyyədə olmalıdır.

Qulaqda kükürd tıxacları isə qulaqlıqların uzun müddət taxılması nəticəsində eşitmə kanalının özünütəmizləmə prosesinin pozulmasına görə yaranır. Bundan başqa, qulaqlıqların ölçüsünün uyğun olmaması qulağın zədələnməsi və daxilə bakteriyaların düşməsi nəticəsində infeksiyanın yaranmasına səbəb ola bilər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >