Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq

[ 17 İyun, 2019  17:13 ]

Aktyorların gələcək karyerasının daha uğurlu olacağını və ya “qızıl illər”inin artıq geridə qaldığını 85 % dəqiqliklə proqnozlaşdıran yeni proqram hazırlanıb.

Londonun Kraliça Mariya Universitetinin alimləri IMDb (Internet Movie Database) filmlərinin İnternet-bazası əsasında neyron şəbəkəni 2,4 milyondan çox aktyor və aktrisanın profili üzərində öyrədiblər.

nanonewsnet.ru saytının verdiyi məlumata əsasən, yeni proqram kino ulduzlarının filmlərdə rol almasını  “isti” və “soyuq” zolaqlara ayırıb. Məlum olub ki, karyerasının “soyuq” zolaqlı anlarını aktrisalar kişi həmkarlarından daha çətin keçirirlər. Kişilər uzunmüddətli fəaliyyətsizlikdən tez özünə gələrək işi davam etdirdikləri halda kino sənayesinin qadın nümayəndələri ideal rol axtarışını davam etdirərək çox vaxt itirirlər.

Bundan əlavə, alqoritm aktyor və aktrisalar üçün “qızıl illər”in fərqli olmasını müəyyənləşdirib. Kişilərdə bu müddət gec başlasa da qadınlar artıq gənc yaşlarında daha çox rol təklifləri alırlar.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >