Neyron şəbəkənin köməyilə kvadrokopterlərin effektivliyi yüksəldilib

[ 18 İyun, 2019  12:10 ]

Kaliforniya Universitetinin tədqiqatçılar qrupu operatorun əmrlərini yerinə yetirmək üçün öz vintlərini fırlada və yumşaq eniş edə bilən kvadrokopter təqdim edib. Yumşaq eniş etmə bacarığı qurğunu digər avtonom uçuş aparatlarından fərqləndirir.

Ekspertlər qeyd edirlər ki, adi kvadrokopterlər üçün yumşaq eniş etmək kifayət qədər çətindir. Çünki bunun üçün alqoritm ekran effekti də daxil olmaqla, bir çox amilə diqqət yetirməlidir. Burada rahat və bərabər enişə mane olan hava axını da nəzərdə tutulur.

onauke.info saytının məlumatına görə, bu problemin həlli üçün alimlər neyron şəbəkədən istifadə etməyi qərara alıblar. Alqoritm böyük həcmli informasiyanı öyrənir və qanunauyğunluqları aşkar edir, sonra bu məlumatlara əsaslanaraq, tanış olmayan məkanda hərəkət edə bilir. Ənənəvi proqramlaşdırmadan fərqli olaraq, belə yanaşma alqoritmə daha çox məsələ həll etməyə və daim özünü təkmilləşdirməyə imkan verir.

Kvadrokopterin yumşaq eniş etməsinə nail olmaq üçün neyron şəbəkədən müxtəlif enmələr haqqında məlumat massivini emal etmək və konkret vəziyyətdə vintlərin fırladılmasının optimal gücünü təyin etmək tələb olunub. Bu, həm də qurğuya kiçik hündürlükdə daha yaxşı uçmağa imkan verib.

Alimlər yeni texnologiya haqqında Monrealda keçirilən “ICRA 2019” elmi konfransında məlumat veriblər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >