Göydələnlərin pəncərələrini təmizləyən robotlar təqdim olunub

[ 07 İyun, 2019  10:15 ]

İsrailin “Skyline Robotics” startapı göydələnlərin pəncərələrini təmizləmək üçün robotlar hazırlayıb.

“Skyline Robotics”in qurğusu endirici platforma şəklindədir. Platformaya insanların əvəzinə kompüter görməsi sisteminin köməyilə işləyən “Kuka” adlı avtomatlaşdırılmış “əllər” bərkidilib.

hightech.fm saytının məlumatına görə, platforma hərəkət və maneələrin qeydə alınması qəbulediciləri ilə təchiz edilib ki, bu da qurğunun açıq qoyulmuş pəncərələrlə toqquşmasını aradan qaldırmağa imkan verir. Bundan başqa, işə başlamazdan öncə qurğuya binanın 3D-modelini yükləmək lazımdır ki, alqoritmlər öncədən platformanın hərəkət marşrutunu qura bilsinlər.

Göydələnlərin pəncərələrinin yuyulması prosesinin avtomatlaşdırılması şirkətin insan əməyindən imtina etməsi demək deyil. “Skyline Robotics” şirkəti pəncərə təmizləyənləri işə götürməyə davam edəcək, ancaq indi onlar pəncərələri təmizləməklə həyatları ilə risk etməyəcək, sistemi uzaq məsafədən idarə edəcəklər.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 34

Jeyhun Mammadov

111

Tamerlan Bayramlı

Finkorp

Ülfət Hacıyev

Gybym

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Səttar Hümmətli

KhazarApps

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Daha çox >