“Amazon” öz bədəninin 3D-skan edilməsinə icazə verəcək hər kəsə 25 dollar təklif edir

[ 06 İyun, 2019  10:14 ]

Nəhəng elektron ticarət şirkəti “Amazon” 25 dollar dəyərində hədiyyə kartının sahibi olmağın qeyri-adi üsulunu təklif edib. Bunun üçün istənilən alıcı bədənin rəqəmsal 3D-skan edilməsi prosedurundan keçməlidir.

techcult.ru saytının məlumatına görə, tədbir 2 il əvvəl “Amazon” tərəfindən əldə edilmiş “Body Labs” startapının “Amazon Real World Image Study” proqramı çərçivəsində təşkil edilib.

Son illərdə dəb bazarında “Amazon”un payı əhəmiyyətli dərəcədə artıb. “Coresight Research” şirkətinin tədqiqatına əsasən, Cef Bezosun şirkəti hazırda ABŞ-da ən uğurlu geyim satıcısıdır. O, şəxsi ticarət markası və abunə xidmətinin sahibidir.

Yeni xidmətin qeydiyyat səhifəsində qeyd edilir ki, “Amazon” tədqiqat iştirakçılarının bədənlərini adi geyimdə 3D-skan edəcək, onların şəkil və videolarını çəkəcək. Bunun üçün, həmçinin sorğu vərəqəsini doldurmaq tələb olunacaq.

Eyni zamanda boy və çəkinin ölçülməsi həyata keçiriləcək. Şirkət nümayəndələri bildiriblər ki, toplanmış məlumatlar daxili tədqiqatlar üçün nəzərdə tutulub və marketinq məqsədilə istifadə olunmayacaq. Skan etmə prosesi “Amazon”un Nyu-Yorkda yerləşən ofisində 30 dəqiqə ərzində aparılacaq, bundan sonra hər bir könüllü şirkətin 25 dollar dəyərində hədiyyə kartını əldə edəcək.

Kovörkinq Mərkəzimizin Üzvləri

Bizə qoşulun 31

Nadir Hümbətəliyev

CoinsPack

Camal Ağayev

Kubirub

Azay Abbasov

Partret

Səttar Hümmətli

KhazarApps

Racu Zəkəryaev

BNB.az

Amid Həsənquliyev

Biz Birik

Elşad Yusifli

Keepmycoin

Vüqar Salehov

Work seven

Daha çox >